Erməni partiya sədri: “Qərb moderatorluq etməyə və Zəngəzur dəhlizinin nəzarətçisinə çevrilməyə çalışır”

2024/06/1718174606.jpg
Oxunub: 254     17:18     12 İyun 2024    
“ABŞ dövlət katibinin köməkçisi Ceyms O-Brayenin Paşinyana dediyi ekstravaqant sözləri təsadüf hesab etmirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants deyib.

Onun sözlərinə görə, əslində, ABŞ dövlət katibinin köməkçisi 3 gün qalacağı Ermənistana açıq şəkildə bu cür sözlər demək üçün gəlib.

“O, çox məşğul rəsmidir və Ermənistanda 3 gün qalmağa vaxt tapıbsa, deməli, onların narahatlıqları var. Bu gün onlar küçədə xalqın toplaşmasından narahatdırlar. Məndə olan məlumata görə, Qərb mərkəzləri narahatdırlar ki, Paşinyan vəziyyətə nəzarət edəcək, yoxsa vəziyyət onun nəzarətindən çıxacaq?”, - deyə Surenyants qeyd edib.

Surenyants bildirib ki, O-Brayenin səfərinin məqsədi Zəngəzur dəhlizinə nəzarətdir.

“Qərb moderatorluq etməyə və Zəngəzur dəhlizinin nəzarətçisinə çevrilməyə çalışır, Qərbin moderatoru isə Türkiyədir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin