Ermənistanın keçmiş müdafiə naziri: “PUA-lar ilə bağlı anlar oldu, PUA-lar Türkiyə və İsrail istehsalı idi, çox idi”

2020/05/l-6R4-1589794919.jpg
Oxunub: 367     16:53     12 İyun 2024    
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “Radio Avrora”nın efirində rusiyalı politoloq, publisist Darya Mitinaya verdiyi müsahibədə 2020-ci ilin 44 günlük müharibəsindən danışıb.

Ordu.az-ın xəbərinə görə, Karapetyan qeyd edib ki, nizami ordu onun üçündür ki, səfərbərlik ehtiyatı səfərbər olunana qədər rəqibi cilovlamaq üçün şərait yaransın.

Ermənistanın keçmiş müdafiə naziri bildirib ki, 2020-ci ilin 44 günlük müharibəsinin 20 günü Ermənistan ordusu müqavimət göstərə bilib.

“Amma hakimiyyət idarəçilikdə uğursuzluğa düçar olub, axı müharibəni dövlət aparır, müvafiq təşkilatlanmanı həyata keçirir və idarə edir. Bu hakimiyyət isə heç nə etmədi, özünü təcrid etdi. Hər şeyi Baş Qərargahın üzərinə qoyublar və geri çəkiliblər. Baş Qərargah rəisi (general-polkovnik Onik Qasparyan-red.) isə, bəli, səriştəli hərbçidir, döyüşçüdür, təlim keçmiş zabitdir, amma öz qərargahı ilə tək qalıb. Yəni Azərbaycan o müharibədə idarəçilik baxımından üstünlüyə malik olduğuna görə qalib gəldi. Bəli, Pilotsuz Uçuş Aparatları (PUA) ilə bağlı anlar oldu, amma bir müddət sonra öyrəşdilər, PUA-lar isə Türkiyə və İsrail istehsalı idi, çox idi, amma ordu artıq o şəraitdə döyüşə bilirdi. Ancaq hökumət heç nə etmədi, qətiyyən heç nə etmədi. Bütün yükü hərbçilərin üzərinə qoyub kənara çəkildilər. Bacarıqlı səfərbərlik yox idi”, - deyə Karapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PUA   Türkiyə   İsrail  


Bizi "telegram"da izləyin