“Son İlham Əliyev-Ərdoğan görüşünün gündəliyi əslində kifayət qədər geniş idi” - Lukyanov

2024/06/1718174435.jpg
Oxunub: 253     16:33     12 İyun 2024    
“Qlobal qarşıdurmaya paralel olaraq, qonşu regionlarda baş verən dəyişiklikləri izləmək maraqlıdır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.

Analitikin sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin xarakteri də dəyişir, Azərbaycanın rolu dəyişir, təbii ki, bəzi aktorların bu ölkəyə marağı da dəyişir və bu, daim mövqelərin razılaşdırılması zərurətini yaradır.

“Son İlham Əliyev-Ərdoğan görüşünün gündəliyi əslində kifayət qədər geniş idi. Güman etmək olar ki, görüş Ermənistan-Azərbaycan prosesini bütün qolları ilə, eləcə də daha geniş gündəliyi - Rusiya, İran, BRICS, Yaxın Şərq regionu ilə münasibətləri əhatə edirdi”, - deyə Lukyanov bildirib.

Lukyanov vurğulayıb ki, Rusiya Azərbaycanla olduqca fəal dialoqa başlayıb, yeni mövzular yaranır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Ərdoğan  


Bizi "telegram"da izləyin