“Hraparak”: Paşinyanın fraksiyası ötən gün müzakirə aparıb və iclasa gəlməmək qərarına gəlib

2024/06/image-1718174237.jpg
Oxunub: 202     15:12     12 İyun 2024    
Ötən gün Ermənistan parlamentinin “Hayastan” və “Şərəfim Var” fraksiyaları bu gün və ya iyunun 17-dək hökumətin istefası və yeni hökumətin qurulması gündəmi ilə növbədənkənar iclasın çağırılmasını tələb edərək, parlament şurasına vəsatət təqdim ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, müraciətdə qeyd olunur ki, Ermənistanın suverenliyi birnaşa təhlükə altındadır.

“Bildirilir ki, indiki hökumət Ermənistanın müdafiəsini, təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını iflasa uğradıb. Gözlənildiyi kimi, parlament şurası ötən gün müxalifətin vəsatətini rədd edib. Bu o deməkdir ki, “parlamentin reqlamenti” qanununa əsasən, 5-ci iş günü, yəni iyunun 17-də saat 18:30-da qanunun qüvvəsiylə parlamentin növbədənkənar iclası keçiriləcək. Lakin əldə etdiyimiz məlumata görə, Paşinyanın fraksiyası ötən gün müzakirə aparıb və əslində xalqın tələbinə məhəl qoymayaraq, qanunla çağırılan iclasa gəlməmək qərarına gəlib. Əgər gəlməsələr, kvorum olmadığı üçün iclas çağırılmayacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Fraksiya  


Bizi "telegram"da izləyin