İran ən böyük narahatlığını açıqladı: Tehran Azərbaycanlıların qayıdışını arzulamır?

2024/06/1718172922.jpg
Oxunub: 610     12:22     12 İyun 2024    
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani “CNNturk”ə müsahibəsində Ermənistan-Azərbaycan nizamlanması kontekstində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırıb və kifayət qədər diqqətçəkən açıqlama verib.

O bildirib ki, “İran Ermənistanla Azərbaycan arasında nizamlanma prosesini alqışlayır, lakin sərhədlərin və demoqrafik mənzərənin dəyişməsinə səbəb olacaq hər hansı təşəbbüsün əleyhinədir”. Bu, həqiqətən xüsusi bir ifadədir. Əgər İran hər zaman mütəmadi olaraq sərhədlərin dəyişməzliyi haqqında danışıb və bəyan edibsə, “demoqrafik mənzərənin dəyişməsi” ilə bağlı ifadə sanki görünməmiş bir ifadədir və ya ən azı son dərəcə nadir haldır ki, Tehranın sonuncu dəfə Ermənistan-Azərbaycan nizamlanması kontekstində belə bir ifadə işlətdiyini xatırlamaq çətindir.

Buna görə də İranın demoqrafik mənzərənin dəyişməsinin mümkün risklərindən danışarkən, nə demək istədiyini anlamaq maraqlıdır. Tehran kommunikasiya xətlərinin blokdan çıxarılmasının hər hansı bir həllinin gələcəkdə də demoqrafik mənzərənin dəyişməsi ilə nəticələnəcəyini düşünür, yoxsa İran Ermənistan-Azərbaycan danışıqları və ya nizamlanma prosesinin gündəliyinə daxil olan azərbaycanlıların doğma torpaqlarına qaytarılması mövzusunu nəzərdə tutur?

İranın baxışının necə olmasından asılı olamayaraq, sülh gündəliyinə dinc insanların öz doğma yurdlarına qaytarılması məsələsi daxildir və müqavilənin bu hissə olmadan həyata keçirilməsi məntiqsiz olardı. Təbii ki, İran Zəngəzur dəhlizi məsələsi üzərindən demoqrafiq dəyişikliyin baş verəcəyini ifadə etməklə Ermənistan daxilində qorxu formalaşdırmağa, daxili ehtiraslarla oynamağa çalışır. Rəsmi Tehran bu bəyanatla həm Zəngəzur dəhlizi, həm də sülh müqaviləsindən irəli gələn yeni reallıqları narahatlıqla qəbul etdiyini gizlətmir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin