“Lockheed Martin” “it davası” üçün SZ hazırlayır

2024/06/1718092327.jpg
Oxunub: 540     17:47     12 İyun 2024    
“Lockheed Martin”in Süni Zəkası (SZ) “it davası” (iki hərbi təyyarənin arasında baş verən hava döyüşü-red.) həyata keçirir.

Ordu.az xəbər verir ki, “Lockheed Martin”in Qabaqcıl Layihələr Bölməsi SZ-nin taktiki mühitdə “hava-hava” müdaxilələrində necə üstünlük təmin edə biləcəyi ilə bağlı texnologiya nümayişi araşdırmasına başlayıb.

Texnologiya nümayişi proqramının bir hissəsi olaraq “Lockheed Martin” və “Lowa” Universitetinin Operator Performansı Laboratoriyası əməkdaşlıq qurub.

“Lockheed Martin”in açıqlamasında bildirilib ki, “Lockheed Martin”in Qabaqcıl Layihələr Bölməsinin Taktiki SZ komandası inkişaf etdirilən SZ proqram təminatını Operator Performans Laboratoriyasına məxsus L-29 “Delfin” reaktiv təyyarəsinə uğurla inteqrasiya edərək, uçuşlar həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: LockheedMartin   SZ  


Bizi "telegram"da izləyin