Braziliya 12 ədəd UH-60 alır

2024/06/1718005625.jpg
Oxunub: 179     17:05     12 İyun 2024    
ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi 12 ədəd UH-60 helikopterinin Braziliyaya satışını təsdiqləyən sertifikatı ABŞ Konqresinə təqdim etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, satış Konqres tərəfindən təsdiqlənərsə, Braziliyaya əlavə olaraq 12 ədəd UH-60 helikopteri ilə yanaşı, 24 ədədi quraşdırılmış və 10 ədədi ehtiyat olmaqla, 34 ədəd T700-GE-701D, müxtəlif alt sistemlər, texniki xidmət və logistika dəstəyi veriləcək.

Müqavilənin ümumi təxmini dəyərinin 950 milyon dollar olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   UH-60  


Bizi "telegram"da izləyin