Ermənistanın “milli qəhrəmanı” geri çəkilməyə rəhbərlik edib| 2020-ci il oktyabrın 18-20-də hansı hadisələr olub?

2024/06/1717837283.jpg
Oxunub: 6201     18:21     08 İyun 2024    
Ermənistanın “168.am” nəşri 44 günlük müharibə ilə bağlı növbəti məqaləsini yayımlayıb. Nəşr radikal erməni keşiş Baqrat Srbazanın Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyana ünvanladığı mesajdan yola çıxaraq, müharibə zamanı danışıqların hansı şəkildə aparılmasına, habelə Ermənistanda müharibənin dayandırılması barədə aparılan danışıqlara toxunub. Məqalədə Kyaramyanın fəaliyyətinə də toxunulub və keşişlə görüşündə ciddi məqamların olduğuna eyham vurulub.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“Mayın 31-də Qacaranda Ermənistan İstintaq Komitəsinin 10 illiyinə həsr olunmuş iclasda komitənin sədri Argişti Kyaramyan 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı cinayət işlərindən yan keçməyib.

“Bu gün qeyd edə bilərik ki, həyata keçirilmiş genişmiqyaslı sübut və icraat fəaliyyətləri nəticəsində bütün istiqamətlərdə baş vermiş döyüş əməliyyatlarının əsas faktiki və əməllərə hüquqi qiymətləndirmə vermək üçün zəruri bütün əhəmiyyətli halları aydınlaşdırılıb və ilkin istintaq yekun mərhələyə yaxınlaşır”, - deyə Arqişti Kyaramyan çıxışında qeyd edib.

Cari ilin əvvəlində İstintaq Komitəsinin sədri bildirib ki, ümumi vəziyyət və ya mənzərə demək olar bütün istiqamətlərdə onlar üçün aydındır və “məğlubiyyətin səbəbləri deyilən şey birmənalı olmayan anlayışdır, 1, 2, 3 və hətta 10 haldan asılı deyil”.

“Məğlubiyyətə çatmağa töhfə vermiş hallar, fəaliyyəti və ya fəaliyyətsizliyi məğlubiyyətə çatmağa töhfə vermiş şəxslər var. Həm yerli, həm də ümumi mənzərə İstintaq Komitəsi üçün bu bir neçə min cilddən ibarət cinayət işinin səhifələri daxilində, fikrimcə, aydınlaşdırılıb və üzə çıxarılıb”, - deyə Kyaramyan davam edib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş və Ermənistan İstintaq Komitəsinin indiki rəhbərinin 44 günlük müharibədəki rolu dəfələrlə toxunmuşuq və hələ toxunacağıq: mayın 27-də biz 44 günlük müharibə, Şuşa və məşhur əks-hücum əməliyyatları ilə bağlı suallarla Ermənistan İstintaq Komitəsinə növbəti sorğu göndərmişik.

Baqrat Srbazan iyunun 3-də İstintaq Komitəsinin binası yaxınlığında jurnalistlərlə söhbətində aşağıdakını bildrməsəydi, bəlkə də sorğunun cavabını gözləyərdik: “Mən İstintaq Komitəsinin rəhbəri ilə yalnız bir dəfə Qraabağda görüşmüşəm. Qarşılamışıq, salamlamışıq. Ən isti vaxtda Qarabağda olmuşuq, səhv etmirəmsə, oktyabrın 18-i və ya 19-u idi, müharibə zamanı idi, o vaxt görüşmüşəm”.

Həqiqətən də, həmin günlərdə Qarabağda cənub istiqamətində şiddətli döyüşlər gedirdi, hadisələr baş verirdi, bununla bağlı hələ çox epizodlar üzə çıxacaq, Ermənistan hakimiyyətinin, Nikol Paşinyanın bundan nə dərəcədə maraqlı olduğu başqa sualdır. 2020-ci il oktyabrın 18-20-də baş vermiş bir neçə faktı xatırlayaq.

Birincisi, 2020-ci il oktyabrın 19-da nəzarət altına alınmış Qarabağın Qubadlı rayonunun Balasoltanlı kəndinin yaxınlıqlarında İcevan alayının komandiri, Ermənistanın milli qəhrəmanı, polkovnik Tatul Qazaryan və onun müavini polkovnik-leytenant Armen Ohanyan, habelə alayın 30-dan çox hərbi qulluqçusu ölmüşdü. Bu hadisə ilə bağlı müxtəlif söz-söhbətlər, o cümlədən Paşinyan ailəsi ilə bağlı yayılan xəbərlər nə vaxtsa ya təkzib olunacaq, ya da təsdiqlənəcək.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyindən bildirmişdilər ki, hərbi vəziyyət zamanı formalaşdırılmış hərbi hissənin tərkibində Aşot Paşinyan Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarında iştirak edib və 2020-ci il noyabrın 9-dan sonra Aşağı Xınzırək ərazisində döyüş növbətçiliyinə cəlb edilib.

Lakin Ermənistan Müdafiə Naizrliyi açıqlamamışdı ki, Paşinyanın oğlu nə zamandan və ya hansı gündən Cəbrayılda olub, orada nə qədər qalıb və döyüş əməliyyatlarında iştirak edib, nə zaman oradan çıxıb, eləcə də nə zaman Qubadlı, Bazarçay istiqamətində olub, orada nə qədər müddət qalıb?

Əlavə edək ki, Paşinyan 2021-ci ilin mayında parlamentdə bildirib: “Oğlum ən çox itki verdiyimiz cəbhədə idi. Oğlumla yan-yana, bədənləri bir-birinə yapışmış bir adam olub, ölüb. Heç kim qərar verə bilməzdi ki, ölən digəri yox, o olmalıdır... O adamın ad-soyadı var, bu, yoxlanıla bilən faktdır”.

O, 2023-cü ilin iyununda İstintaq komissiyasında eyni şeyi demək olar ki, eyni formada təkrarlayıb. “O, kəşfiyyat qrupunun tərkibində ön xətdə kiçik qrupla böyük tapşırığa malik olub, manqa komandiri olaraq, artilleriya atəşinin altına düşüb, birlikdə səngərdə olduğu və ya bədənləri bir-birinə yapışmış vəziyyətdə birbaşa yerdə uzanan xidmət yoldaşı və digər əsgər ölüb. Əsgərin başı ya öz bədəninin üzərinə, ya da onun üzərinə düşmüşdü. Kimsə izah edə bilərmi ki, qəlpə Baş nazirin oğlunun yox, digər əsgərin ölməli olduğuna qərar verib? Həmin şəxs artilleriya zərbəsi zamanı qəlpədən ölüb”.

Yeri gəlmişkən, Müdafiə Nazirliyindən bizə bildirmişdilər ki, Aşot Paşinyan xəsarət almayıb, onun tərkibində müharibədə iştirak etdiyi hərbi hissədə isə 21 ölən olub.

İkincisi, 2020-ci il oktyabrın 20-də Paşinyan qərar verib edib ki, həmin vaxt Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan və 5-ci Ordu Korpusunun komandanı, general-mayor Andranik Piloyan milli qəhrəman adına layiq görülməlidirlər, çünki “xüsusilə son saatlarla döyüş meydanında şöhrətlə öz adlarını taclandırdılar”.

Artıq 2021-ci ildə Baş Qərargahın məlum bəyanatından sonra hakimiyyət cənub istiqamətində geri çəkilmələri xatırladı və bunun cavabdehi Tiran Xaçatryan olub.

Üçüncüsü, 2020-ci il oktyabrın 18-də Ermənistan və Azərbaycan oktyabrın 18-də yerli vaxtla saat 00:00-da humanitar atəşkəsin yaradılması barədə qərar qəbul ediblər.

Bu qərar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Fransa Respublikası, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları prezidentlərinin oktyabrın 1-də verilən bəyanatının, ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabrın 5-də verilən bəyanatının davamı olaraq və oktyabrın 10-da Moskvada qəbul edilən birgə bəyanata əsasən qəbul edilmişdi.

2023-cü ildə Nikol Paşinyan İstintaq komissiyasında bildirib:

“Oktyabrın 18-də də atəşkəs əldə olunmadı, halbuki gün ərzində müharibəni dayandırmaq üçün mümkün diplomatik səyləri göstərdik. Yəni bu bəyanatdan sonra ümumiyyətlə fasilə yaranmadı. Daha bir atəşkəs bəyanatının uğursuzluğu ilə yanaşı, oktyabrın 16-da Rusiya prezidenti ilə apardığım söhbətə qayıtdım.

Oktyabrın 19-da günortadan sonra mənim Vladimir Putinlə telefon danışığım oldu və o, bir daha təsdiqlədi ki, hələ illər əvvəl hazırlanmış Rusiya planının şərtləri ilə müharibəni dayandırmağa cəhd etmək olar.

Şərt isə aşağıdakı kimidir: 7 rayon 5+2 formatında qaytarılır, Laçn dəhlizi vasitəsilə Qarabağla Ermənistanın əlaqəsi məsələsi həll edilir, Rusiya sülhməramlıları Qarabağda yerləşdirilir, “Qarabağın statusu” müəyyən edilməmiş olaraq qalır və məsələ qeyri-müəyyən gələcəyə qalır. Rusiya Federasiyasının prezidenti ilə razılaşdıq ki, axşama qədər mövqeyimizi bildirəcəyəm.

...Axşam zəng etdim və Rusiya prezidentinə dedim ki, bənzər şərtlərlə müharibəni dayandırmağa hazıram. Rusiya prezidenti dedi ki, Azərbaycan prezidenti ilə danışacaq, mənə zəng edəcək. O anda sözügedən 5 rayondan ikisi - Füzuli və Cəbrayıl praktiki olaraq tamamilə və ya əsasən artıq Azərbaycanın nəzarətində idi.

Rusiya prezidenti ertəsi gün, oktyabrın 20-də səhər saatlarında zəng etdi. Və əslində aşağıdakını çatdırdı: Azərbaycan müharibəni dayandırmağa hazırdır, amma bunun qarşılığında 7 rayonun hamısını, daha doğrusu, qalan 5 rayonu almağı gözləyir, çünki onlardan ikisi - Füzuli və Cəbrayıl, dediyim kimi, artıq əsasən onların nəzarətində idi”.

Daha sonra Paşinyan davam edib: “2020-ci il oktyabrın 19-da Rusiya prezidenti mənə dedi ki, Azərbaycan tərəfinin daha bir şərti var. o, Azərbaycan tərəfinin fikrincə, münaqişədən əvvəl Şuşa əhalisinin 90 faizini təşkil edən azərbaycanlı qaçqınların Şuşaya qayıtması üçün təminat gözləyir. Rusiya tərəfi üçün bu, başa düşülən təklif idi, çünki onlar deyirdilər ki, qaçqınların və məcburi köçkünlərin Qarabağa qaytarılması Qarabağ münaqişəsinin hələ uzun illər əvvəl masada olmuş nizamlanma planına həmişə daxil edilib”.

Əlavə edək ki, 2020-ci il oktyabrın 19-da Paşinyan özünün “Facebook” səhifəsində xüsusilə yazıb: “Bu müharibə nə üçündür? “Qarabağın statusu” üçündür”. Eyni zamanda, oktyabrın 19-da Təhlükəsizlik Şurasının iclasında iştirak edənlər müharibənin dayandırılması ilə bağlı razılığa gəliblər. Bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təsdiqləyib.

“Orada qeyd edilib ki, 2-3 günümüz var, biz artıq bacara bilmərik, sadəcə 2-3 günümüz var. Bu sözlərdən sonra müharibə təxminən 20 gün davam edib. Bu, oktyabrın 19-da olub, 4-cü gün Təhlükəsizlik Şurasının iclasında müharibənin dayandırılması ilə bağlı heç bir təklif səslənmədi. Üstəlik, deyim ki, Təhlükəsizlik Şurasının bütün iclası ərzində qeyri-müəyyənlik yarada biləcək bir fikir belə səslənmədi”, - deyə Qriqoryan 2021-ci ilin martında “Sivilnet”ə bildirib.

Niyə dayandırmadılar, demək olar ki, bütün müharibə boyu Qarabağda olan Argişti Kyaramyanın öz versiyası varmı?

Qeyd edək ki, Argişti Kyaramyan Milli Təhlükəsizlik Xidmətinin direktoru kimi oktyabrın 5-də Qarabağda məlum əks-hücum əməliyyatının hazırlanmasında və ya onun müzakirəsində iştirak edə bildi və uğursuzluqdan sonra oktyabrın 8-də tutduğu vəzifədən azad edildi. Lakin Kyaramyan MTX direktoru vəzifəsindən azad edildikdən sonra Qarabağda qalmağa davam edib.

“Mən qərara gəldim və müharibənin 3-cü günü Qarabağa getdim, MTX-nin direktoru kimi təxminən 8-9 gün Qarabağda oldum. MTX direktorunun qalan səlahiyyətlərini Qarabağdan yerinə yetirmək kifayət qədər çətin idi, lakin mən Qarabağda qalmağı məqsədəuyğun hesab etdim. Mən artıq MTX direktoru olmayanda, 2 günlük İrəvana qayıtdım, MTX-ni təhvil verdim, sonra anladım ki, indi Qarabağa qayıtmasam, özümü bağışlamayacam və Qarabağa qayıtdım. Mənim heç bir rəsmi statusum yox idi, təbii ki, bir gün MTX direktorusansa, o biri gün də MTX direktoru deyilsən, bu əlaqələr və imkanlar bir gündə əldən çıxmır. Mən Qarabağa qayıtdım və ilkin dövrdə orada bir çox keçmiş rəsmilərin məşğul olduqları fəaliyyətlə məşğul oldum. Yəni, müəyyən yüklərin daşınmasına dəstək, fərarilik ilə bağlı hadisələrin araşdırılması və s. Müharibənin inkişafına paralel olaraq, vəziyyət kifayət qədər ağırlaşmağa başlayanda, səngər qazma işlərinin iştirakçısı olmaqdan tutmuş silahlı birləşmələrin müxtəlif yerlərə aparılmasına, yerləşdirilməsinə qədər müxtəlif fəaliyyətlər həyata keçirmişəm”, - deyə 2021-ci il yanvarın 13-də Petros Qazaryana verdiyi müsahibədə o zaman Ermənistan İstintaq Komitəsinin sədr müavini Argişti Kyaramyan bildirib.

Baqrat Srbazanın 2020-ci il oktyabrın 18-19-da Argişti Kyaramyanla Qarabağda konkret olaraq harada görüşdüyünü və bu barədə xatırlatmanın özündən müəyyən mesaj təqdim edib-etmədiyini zaman göstərəcək.

Baqrat Srbazanın Qarabağa getməsi həmin günlərdə 2020-ci il oktyabrın 16-da məlum idi. Üstəlik, 2020-ci il oktyabrın 19-da Tavus yeparxiyasının liderinin rəhbərlik etdiyi nümayəndə heyəti Arayik Harutyunyan tərəfindən qəbul edilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ölüm   Müharibə  


Bizi "telegram"da izləyin