AEBA rəhbəri: "Zaporojye AES-in yenidən işə salınması indi mümkün deyil"

2022/03/1648654462.jpg
Oxunub: 170     14:59     28 May 2024    
Zaporojye AES-in yenidən işə salınması indi mümkün deyil.

Ordu.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Kalininqradda “Rosatom”un rəhbəri Aleksey Lixaçevlə apardığı danışıqlardan sonra bildirib.

O qeyd edib ki, ümumi anlayışa görə, Zaporojye AES-in yenidən işə salınması hazırda mümkün deyil.

Qeyd edək ki, bu gün Kalininqradda AEBA Baş direktoru Rafael Qrossi ilə “Rosatom”un rəhbəri Aleksey Lixaçev arasında görüş keçirilib. Görüşdə Zaporojye AES-dəki vəziyyət müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   Zaporojye   AES  


Bizi "telegram"da izləyin