Ağdamın Şotlanlı kəndinə ilkin mərhələdə 205 ailənin köçürülməsi planlaşdırılır

2024/05/a38a2-1716893856.jpg
Oxunub: 206     14:47     28 May 2024    
Ağdam rayonunun Şotlanlı kəndinə üç min nəfərin köçürülməsi nəzərdə tutulur, bunun üçün 750 ev tikiləcək, ilkin mərhələdə isə 205 ailənin köçürülməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

Bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır.

Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Şotlanlı  


Bizi "telegram"da izləyin