Aİ “xarici agentlər” qanununa görə Gürcüstana qarşı cavab tədbirləri müəyyənləşdirəcək

2024/04/c17e8-1712243552.jpg
Oxunub: 115     14:01     28 May 2024    
Avropa İttifaqı iyunda “xarici təsir” qanununa görə Gürcüstana qarşı cavab tədbirlərini müzakirə edərək qərarlar qəbul edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Cozep Borell X platformasında paylaşımında bildirib. O, qanunun Aİ dəyərlərinə uyğun gəlmədiyini, Gürcüstanın Aİ yoluna təsir edəcəyini qeyd edib.

“Xarici təsir qanunu Aİ dəyərlərinə uyğun deyil. Qanun qəbul olunarsa, bu, Gürcüstanın Aİ yoluna təsir edəcək. İyunda xarici işlər nazirləri şurasında Aİ-nin cavabını müzakirə edəcəyik və qərar qəbul edəcəyik. Oktyabr seçkiləri Gürcüstanın Aİ-nin gələcəyinə sadiqliyi üçün sınaq olacaq",- Borell qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Gürcüstan  


Bizi "telegram"da izləyin