Ukrayna XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

2023/04/1681971551.jpg
Oxunub: 101     12:22     28 May 2024    
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə bu ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və ölkənin Xarici İşlər Nazirliyinə ən səmimi təbriklərimizi çatdırırıq! Ukrayna Azərbaycanla strateji münasibətlərin dərinləşməsinə, regionda sülhün və təhlükəsizliyin bərpasına açıqdır”, - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin