Amerikalı konqresmen Tayvana silahların yolda olduğunu açıqlayıb

2024/05/US-la-1716885422.jpg
Oxunub: 154     14:32     28 May 2024    
Amerikalı bir konqresmen açıqlamasında Tayvanın sifariş etdiyi silahların nəhayət yolda olduğunu və Çinin keçən həftə keçirdiyi təlimlərin adanın çəkindirmə imkanlarının artırılmasının vacibliyini vurğuladığını bildirib.

Ordu.az xəbər verir ki, Çin Tayvana öz ərazisi kimi iddia edir və adanı öz nəzarəti altına almaq üçün güc tətbiq etməkdən heç vaxt çəkinməyib.

Tayvan administrasiyasının hökuməti Pekinin suverenlik iddialarını rədd edir.

Tayvan administrasiyası son iki ildir ki, Rusiyaya qarşı müdafiəsini gücləndirmək üçün Ukraynaya verilən “Stinger” zenit raketləri kimi ABŞ silahlarının çatdırılmasında gecikmələrdən şikayətlənir.

Ötən il Tayvana səfər edərkən bu silahların təhvil veriləcəyinə söz verən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl MakKol Çin ordusunun ötən həftə keçirdiyi təlimin ABŞ-yə çox güclü mesaj verdiyini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amerika   Tayvan   Silah  


Bizi "telegram"da izləyin