Fransalı hərbi təlimatçılar Ukraynanın təlim mərkəzlərinə baş çəkəcəklər

2024/05/1b6be-1716885333.jpg
Oxunub: 145     13:32     28 May 2024    
Ukrayna ordusunun ali baş komandanı Aleksandr Sırski fransalı hərbi təlimatçıların Ukraynanın təlim mərkəzlərini ziyarət edəcəyini açıqlayıb.

Ordu.az-ın xəbərinə görə, Sırski açıqlamasında bildirib ki, o, fransalı hərbi təlimatçıların Ukraynanın təlim mərkəzlərinə tezliklə səfər etməsinə icazə verən sənədləri imzalayıb.

Ukrayna ordusunun ali baş komandanı Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə videobağlantı vasitəsilə müzakirə apardıqdan sonra verdiyi açıqlamada deyib:

“Mən Fransanın Ukrayna hərbi qulluqçularına təlim keçmək üçün Ukraynaya təlimatçılar göndərmək təşəbbüsünü alqışlayıram. Artıq ilk fransalı təlimçilərin qısa müddət ərzində tədris mərkəzlərimizə baş çəkməsinə, infrastruktur və kadrlar haqqında məlumat almasına imkan verəcək sənədləri imzalamışam”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin