HAVELSAN Baş direktoru: “Atak” helikopter simulyatorunu da təqdim edə biləcəyimiz günləri səbirsizliklə gözləyirik”

2024/05/kitad-1716882822.jpg
Oxunub: 162     15:23     28 May 2024    
Nigeriyanın paytaxtı Abucada keçirilən 3-cü Afrika Hava Qüvvələri Forumuna qatılan HAVELSAN Baş direktoru Mehmet Akif Nacar HAVELSAN-ın Afrika genişlənməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Ordu.az xəbər verir ki, Nacar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrikaya genişlənmə vizyonu çərçivəsində bölgədəki dost və qardaş ölkələrin müdafiə ehtiyaclarını qarşılamaq və bu ölkələrlə satıcı-müştəri əlaqəsi deyil, strateji ortaqlıq qurmaq üçün hərəkət etdiklərini deyib.

Nacar HAVELSAN-ın “Baha”, döyüş idarəetmə və təlim sistemlərinə, habelə təlim simulyatorlarına diqqət çəkərək, bu məhsulları Afrika ölkələrinə tövsiyə etdiklərini bildirib.

O qeyd edib ki, HAVELSAN bir çox məhsullarını Türkiyədəki tərəfdaşları vasitəsilə satışa çıxarır.

“Biz Afrika qitəsinə çoxlu layihələr göndərmək istəyirik. BAHA (buludaltı pilotsuz uçuş aparatı), “Barkan” (insansız quru platforması) kimi məhsullarımızı, atış simulyatorlarımızı bura gətirdik. Nigeriyada çox səmimi maraq görürük. Biz bəzi simulyator işlərinə başlamışıq. Önümüzdəki dövrdə artıq “Atak” helikopterlərinin burada artmasıyla “Atak” helikopter simulyatorunu da təqdim edə biləcəyimiz günləri səbirsizliklə gözləyirik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   Atak  


Bizi "telegram"da izləyin