“Hürjet”ə yerli sistem inteqrasiyası: ARVEN

2024/05/17845-1716882252.jpg
Oxunub: 171     14:20     28 May 2024    
ASELSAN “Arven” radionaviqasiya avadanlığının “Hürjet” təyyarəsinə inteqrasiyasının tamamlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın sosial media hesablarından verilən açıqlamada bildirilib.

“Hərbi Hava Qüvvələri komandanımız general Ziya Cemal Kadıoğlunun uçduğu “Hürjet”də ASELSAN “Arven” də uğurla iştirak edib”. - deyə açıqlamada qeyd olunub.

“Arven”in helkopter, təyyarə və pilotsuz uçuş aparatlarına asanlıqla inteqrasiya edilə bilən modulyar bir infrastruktura malik olduğunu bildirən ASELSAN paylaşımında sistemin aşağıdakı xüsusiyyətlərinə yer verib:

- VHF “Omni-Directional Range”,
- Alətli Eniş Sistemi,
- Süzülmə Müəyyənləşdiricisi,
- Marker Vahidləri,
- Avtomatik İstiqamət Müəyyənləşdirici,
- Məsafə Ölçmə Vasitəsi,
- Taktik Hava Naviqasiyası,
- Radio Qəbulediciləri və Ötürücüləri.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Arven   Hürjet  


Bizi "telegram"da izləyin