Erməni ekspert: “Bu təbliğat proqramı çıxılmaz vəziyyətə düşüb, üstəlik, geri çəkilməyə başlayıb”

2024/05/1716881052.jpg
Oxunub: 193     15:19     28 May 2024    
“Şimal-Cənub geosiyasi xəttində Türkiyənin Cənubi Qafqazdakı oyun kartlarını üç amil qarışdırır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan öz “Facebook” səhifəsində yazıb.

“Gürcüstanın suveren münasibəti. Xarici agentlər haqqında qanunun qəbulu qarşıdan gələn seçkilərdə həm Qərb, həm də Türkiyə lobbi şəbəkələrinin təsirini istisna etməklə və ya ən azı minimuma endirməklə, Gürcüstanın siyasi meydanını filtrdən keçirməyə imkan verdi. Ərəb dünyası praqmatizmi. Qərbin güc mərkəzlərinə baxmayaraq, ərəb dünyası praqmatizmi xüsusilə İranla münasibətlərin qurulması formasında özünü göstərir, Qərbin Yaxın Şərqdən sıxışdırılması prosesi artıq başlayıb. Unutmayaq ki, buna paralel olaraq Çinin körfəz ölkələrində təsiri durmadan artır və bunun sayəsində İran-Səudiyyə Ərəbistanı diplomatik əlaqələri qurulub. İran və Bəhreyn arasında diplomatik münasibətlərin yaxın vaxtlarda qurulması gözlənilir, bunu sonuncunun parlamentinin sədr müavini artıq elan edib. Maraqlıdır ki, həm Səudiyyə Ərəbistanı, həm də Bəhreyn ənənəvi olaraq ABŞ-nin regional peykləri olub. Ermənistanda davam edən Baqrat Srbazanın mübarizəsi. Bu, xarici aləmə və xüsusən də Cənubi Qafqazın yeni geosiyasi arxitekturasından faydalananlara göstərib və göstərməkdə davam edir ki, Ermənistan beynəlxalq münasibətlərin obyekti statusuna uyğunlaşmayacaq, çünki erməni xalqı vilayətləşmənin istənilən perspektivini rədd edir. Hakim partiyanın təbliğat maşını nə qədər bunun əksini bizə və ya xarici dünyaya sübut etməyə çalışsa da, bu təbliğat proqramı çıxılmaz vəziyyətə düşüb, üstəlik, geri çəkilməyə başlayıb”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Cənubi-Qafqaz   Ermənistan  


Bizi "telegram"da izləyin