Fransada “Caesar”ların Ermənistana mümkün qədər tez tədarükü imkanlarının araşdırılmasını tövsiyə edirlər

2024/05/11254-1716880948.jpg
Oxunub: 341     14:54     28 May 2024    
Ermənistan bu yaxınlarda “Thales”dən 3 ədəd GM200 radarının alınması ilə bağlı müqavilə imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü üçün danışıqlar aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Senatının hesabatında deyilir.

“Fransanın “Arquus” şirkətinin istehsalı olan 24 ədəd “Bastion” zirehli personal daşıyıcısı Ermənistana gətirilib. Bundan əlavə, hazırda istehsal olunan eyni tipli daha 26 avtomobil Ermənistana gətirilməlidir”, - deyə hesabatda qeyd olunur.

Bildirilir ki, Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib.

“Gəlin səhvləri təkrar etməyək və ilk növbədə lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Odur ki, biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də artilleriya ehtiyacı ilə bağlı müraciətlərinə dərhal cavab verməliyik”, - deyə hesabatda vurğulanır.

Çıxış edənlər bu avadanlıqların effektivliyini və 2024-cü ildə “Nexter”in yeni istehsal gücünü (istehsal ayda 2-dən 6-ya yüksəlib) nəzərə alaraq, “Caesar” özüyeriyən artilleriya qurğularının mümkün qədər tez tədarükü imkanlarının araşdırılmasını tövsiyə edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Caesar   Ermənistan  


Bizi "telegram"da izləyin