“Hraparak”: Bazar günü keçirilən mitinqdən hakimiyyət təşvişə düşüb

2024/05/image-1716880481.jpg
Oxunub: 210     12:40     28 May 2024    
“Bazar günü keçirilən mitinqdən hakimiyyət, yumşaq desək, təşvişə düşüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, çünki əvvəlki günlərdə Ermənistan hakimiyyətinin nümayəndələri hərəkatın söndüyünü intensiv şəkildə elan ediblər və o qədər deyiblər ki, özləri də buna inanıblar.

“Mitinq səhəri Lori vilayətindəki fəlakətin mitinqi tamamilə pozacağına ümid ediblər, ancaq bu qədər adamı görərək təəccübləniblər. Hakim partiyaya yaxın mənbəmiz səmimi şəkildə deyib ki, onlar yenə minlərlə insanın iştirak etdiyi mitinq olacağını gözləmirdilər. Yeri gəlmişkən, Rusiya telekanalları mitinqdə 100 minə yaxın insanın iştirak etdiyini bildirərkən, hakimiyyətin təsiri altında olan “Məlumatlı Vətəndaşlar Birliyi” 23 min 100 nəfəri sayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin