“Hraparak”: Paşinyana etimadsızlıq təşəbbüsü uğursuz olacaq

2024/05/1716880131.jpg
Oxunub: 141     11:02     28 May 2024    
Mayın 9-da ilk mitinqdə Baqrat Srbazan tələsik bəyan edib ki, əgər Paşinyan könüllü getməsə, o zaman müxalifət fraksiyaları onun vəzifədən uzaqlaşdırılması üçün parlamentdə etimadsızlıq nümayiş etdirmə prosesinə başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu məqsədlə Baqrat Srbazan mitinq zamanı parlament qüvvələrinin bəzi deputatları ilə məsləhətləşib.

“Artıq növbəti mitinqdə o, “müstəqil” İşxan Zakaryanla iki dəfə görüşdüyünü, onun prosesə qoşulacağına və təşəbbüsü təqdim etmək üçün çatışmayan 1 səsi təmin edəcəyinə söz verdiyini bildirib. Lakin bəzi məlumatlara görə, etimadsızlıq prosesini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəliblər və Baqrat Srbazan son günlər parlament qüvvələrinin nümayəndələri ilə söhbətlərində dolayı mətnlə buna eyham vurub. Hərəkat liderinin sözlərinə görə, Nikol Paşinyanın etimadsızlıq təşəbbüsünü uğursuz etmək üçün hər şeyi edəcəyi indiki mərhələdə prosesi parlamentə gətirmək məqsədəuyğun deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Etimadsızlıq  


Bizi "telegram"da izləyin