Rumıniya XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

2024/05/1716879696.jpg
Oxunub: 114     10:56     28 May 2024    
Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Azərbaycanı Milli Günü münasibətilə təbrik edirik! Güclü siyasi dialoqa, enerji və əlaqə sahəsində intensiv əməkdaşlığa əsaslanan dinamik ikitərəfli strateji tərəfdaşlığımız var. Rumıniya Azərbaycanın Avropa İttifaqı ilə dialoqunun inkişafını dəstəkləyir”, - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   XİN   Azərbaycan  


Bizi "telegram"da izləyin