Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur

2024/05/17023-1715329621.jpg
Oxunub: 123     10:55     28 May 2024    
Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.

Ordu.az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilati dəstəyi ilə paytaxt Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində 28 May - Müstəqillik Günü ilə əlaqədar bayram tədbirləri təşkil olunub.

Mayın 28-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, şirkətin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyevin adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə əklil qoyub, gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Müstəqillik-Günü   Gürcüstan  


Bizi "telegram"da izləyin