Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - YENİLƏNİB

2024/02/1707557895.jpg
Oxunub: 843     12:49     28 May 2024    
Ağdamda Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində ANAMA əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, digər zəruri prosessual hərəkətlər icra olunub.

Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.

***

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Bildirilib ki, ANAMA əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Mina   ANAMA  


Bizi "telegram"da izləyin