Cənubi Koreya uzun mənzilli “yer-hava” raket sisteminin inkişaf etdirilməsini başa çatdırıb

2024/05/1716878147.jpg
Oxunub: 156     13:19     28 May 2024    
Cənubi Koreyanın Müdafiə Nazirliyi mayın 27-də bildirib ki, Müdafiə Satınalma Proqramı İdarəsi (DAPA) uzun mənzilli “yer-hava” raket sisteminin (L-SAM) inkişaf etdirilməsini başa çatdırıb.

Ordu.az xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, L-SAM texniki inkişaf etdirmə hədəflərini yerinə yetirib və DAPA-nın sistem üzərində həyata keçirdiyi son sınaqda döyüşə uyğun olduğuna qərar verilib.

Nazirlik L-SAM-ın istehsalına 2025-ci ildə başlanılacağını və sistemin 2020-ci illərin sonunda orduya təhvil verilməsinin planlaşdırıldığını bildirib.

DAPA-ya bağlı Müdafiə İnkişaf Etdirmə Agentliyi (ADD) 2019-cu ildən bəri yerli hərbi texnologiya şirkəti “LIG Nex1” ilə birlikdə L-SAM-ı inkişaf etdirir.

Sistem Cənubi Koreyanın Koreya Hava və Raketdən Müdafiə (KAMD) sistemi kimi tanınan və L-SAM, “Cheongung II” orta mənzilli SAM (M-SAM), ABŞ tərəfindən tədarük edilən MIM-104 “Patriot” SAM və aşağı hündürlükdə raket əleyhinə müdafiə (LAMD) qabiliyyətindən ibarət olan yerli ballistik raketdən müdafiə (BMD) arxitekturasının bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   DAPA  


Bizi "telegram"da izləyin