Rusiya PUA-larında ABŞ texnologiyası aşkar edilib - ƏTRAFLI

2024/05/1716877615.jpg
Oxunub: 325     12:35     28 May 2024    
Rusiyanın “Albatros M5” Pilotsuz Uçuş Aparatında (PUA) NVIDIA prosessorlarının olduğu aşkar edilib.

Ordu.az xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi PUA-larda ABŞ-nin NVIDIA şirkətinin texnologiyalarından istifadə edildiyi müəyyən edilib.

“Cyber Resistance” qrupunun hakerləri Rusiyada yerləşən PUA istehsalçısı “Albatros” ilə ABŞ-də yerləşən NVIDIA şirkətinin 2016-cı ildən bəri əlaqə saxladığını aşkar ediblər.

Məlumata görə, “Cyber Resistance” müxtəlif e-poçtları və sənədləri təhlil edərək, Rusiyanın “Albatros M5” PUA-larında istifadə edilən görüntü işləmə proqram təminatlarında NVIDIA tərəfindən inkişaf etdirilən “Jetson” seriyalı mikrokompüterlərin yer aldığını ortaya çıxarıb.

“Albatros” şirkətinin rəsmi səhifəsində NVIDIA prosessorlarının satışının davam etdiyi də müşahidə olunur.

“Inform Napalm” tərəfindən paylaşılan təhlil hesabatında SONY kameralarının Rusiya PUA-larında istifadə edildiyi və Rusiyanın “Alabuqa” anbarında müxtəlif PUA sistemlərində istifadə edilə bilən yapon SAITO mühərriklərinin olduğu barədə məlumatlar da yer alır.

Bundan əlavə, hesabatda NVIDIA şirkətindəki bir rəsminin “Albatros”u NVIDIA GTC 2024 konfransına dəvət etdiyini açıq şəkildə göstərən bir e-poçt da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   ABŞ  


Bizi "telegram"da izləyin