ASELSAN-ın “Yener”i EFES-də sahəyə çıxdı

2024/05/YENER-1716877128.jpg
Oxunub: 157     11:52     28 May 2024    
ASELSAN tərəfindən inkişaf etdirilən “Yener” Müasir Mina Aşkarlama Sistemi EFES 2024 təlimi çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilib.

Ordu.az xəbər verir ki, bu yaxınlarda ASELSAN Türkiyə Silahlı Qüvvələrinə “Yener” Müasir Mina Aşkarlama Sistemini təhvil verib.

“Yener” Sistemi Türkiyə Silahlı Qüvvələrinin inventarında olarkən, EFES 2024 Təlimləri çərçivəsində ilk dəfə olaraq ictimaiyyət qarşısında real fəaliyyətə qatılıb.

Təlim ssenarisi çərçivəsində “Yener” Sistemi öz missiyasını uğurla yerinə yetirib və minaları aşkar edib.

“Yener” tərəfindən aşkar edilən minalar ASELSAN-ın “Çakı” Robotik Qol Sistemi vasitəsilə Mina və Əldəqayırma Partlayıcı Qurğuların Aşkarlanması/Məhv Edilməsi Qrupu (METİ) tərəfindən məhv edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Yener   EFES  


Bizi "telegram"da izləyin