“Sarsılmaz”dan silah qülləsi həmləsi - “Best Grup”u satın aldı

2024/05/best--1716876592.jpg
Oxunub: 234     11:17     28 May 2024    
“Best Savunma Teknolojileri A.Ş.” uzaqdan idarə olunan silah qüllələri istehsal edərək, “Sarsılmaz”ın quru və dəniz elementlərinə quraşdırıla bilən 7.62, 12.7, 20, 25 və 30 mm-lik yüksək texnologiyalı, tamamilə yerli silah sistemlərini bu qüllələrə inteqrasiya edəcək.

Ordu.az xəbər verir ki, müdafiə sənayesinin gələcəyini robot silah sistemlərində görən “Sarsılmaz” müdafiə sənayesinə fokuslanan bir texnologiya şirkəti olma strategiyasını reallaşdırmaq istiqamətində daha bir mühüm irəliləyiş əldə edib.

“Sarsılmaz” uzaqdan idarə olunan silah sistemləri sahəsində yüksək mühəndislik və inteqrasiya imkanlarına malik “Best Grup”u satın alıb.

Sarsılmaz “Best Defence” markası altında quru və dəniz elementləri üçün 7.62, 12.7, 20, 25 və 30 mm-lik yüksək atəş gücünə malik silah sistemlərini uzaqdan idarə olunan silah qüllələrinə inteqrasiya edərək, müdafiə sənayesi sektorunda əhəmiyyətli bir boşluğu doldurmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   Best-Grup  


Bizi "telegram"da izləyin