Polşa: Rusiya nüvə silahından istifadə edərsə, ABŞ adi silahlarla cavab verəcək

2024/05/1716876466.jpg
Oxunub: 175     10:49     28 May 2024    
Polşanın xarici işlər naziri Radek Sikorski “The Guardian”a müsahibəsində ABŞ-nin Rusiyaya nüvə silahından istifadə edəcəyi təqdirdə adi silahlarla cavab verəcəyi barədə məlumat verdiyini bildirib.

Ordu.az-ın xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, əgər onun suverenliyi və ya müstəqilliyi təhlükə altına düşərsə, Rusiya nüvə silahından istifadə etməyə hazırdır.

Putin mart ayında Rusiya dövlət televiziyasına verdiyi müsahibədə də öyünüb ki, Rusiyanın nüvə üçlüyü (qurudan, dənizdən və havadan buraxılan arsenal) ABŞ-dən “daha qabaqcıldır”.

“ABŞ Rusiyaya deyib ki, nüvə bombasından istifadə etsəniz, heç kimi öldürməsə belə, biz sizin Ukraynadakı bütün hədəflərinizi adi silahlarla vuracağıq. Bu, uşaq oyunu deyil, çünki nüvə silahından istifadə tabusu pozulsa, bu, dünya üçün qorxulu yuxuya səbəb ola bilər. Çin, Yaponiya və Cənubi Koreya da yəqin ki, bunu istəmir”, - deyə Polşa xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, dünyada ən çox nüvə döyüş başlığına malik olan Rusiyanın 5 mindən çox nüvə döyüş başlığı var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nüvə   ABŞ  


Bizi "telegram"da izləyin