Səməd Seyidov: "Bərpa proqramı Azərbaycana yeni qaytarılan kəndlərə də şamil olunacaq"

2019/04/semed-1554296216.jpg
Oxunub: 171     22:39     27 May 2024    
Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı nəzərdə tutulan proqram Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən və Azərbaycana yeni qaytarılan 4 kəndində də həyata keçirilə bilər.

Ordu.az xəbər verir ki, bu fikirləri TASS-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Mən tam əminəm ki, Qarabağ bölgəsini dirçəltməyə imkan verən unikal proqram, əlbəttə ki, bu kəndlərdə də həyata keçiriləcək, Qazaxın bütün kəndləri kimi onlar da gözəlləşəcək, çiçəklənəcək”, - komitə sədri bildirib.

S.Seyidov hazırda bir çoxu yataqxanalarda məskunlaşan məcburi köçkünlərin bu kəndlərə qayıdacaqlarına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanda bərpa proqramları sürətlə həyata keçirilir.

Parlament komitəsinin rəhbəri onu da qeyd edib ki, Ermənistanla sərhədin delimitasiyası prosesi uğurla inkişaf edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səməd-Seyidov  


Bizi "telegram"da izləyin