Gürcüstanın yeni baş prokurorunun seçilməsi ilə bağlı sabah məsləhətləşmələr başlayacaq

2024/05/fafdd-1716826742.jpg
Oxunub: 102     19:35     27 May 2024    
Mayın 28-də Gürcüstanda yeni baş prokurorun seçilməsi ilə bağlı məsləhətləşmələr başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Gürcüstan Baş Prokurorluğunun Prokurorluq Şurası bir ay ərzində ölkənin yeni baş prokurorunun namizədliyi ilə bağlı akademik dairələrin, vətəndaş cəmiyyətinin nümayəndələri və hüquq ekspertləri ilə məsləhətləşmələr aparacaq.

Şuranın sədri Şota Tkeşelaşvili deyib: “Bu proses Prokurorluq Şurasının yüksək ictimai etimada malik layiqli namizədlər arasında yekun seçim etmək üçün ən yaxşı yoldur”.

Qanuna görə, ali hüquq təhsilli, məhkumluğu olmayan, mənəvi və peşəkar keyfiyyətlərinə görə böyük səlahiyyətlərə malik Gürcüstan vətəndaşı Baş prokuror seçilə bilər.

Xatırladaq ki, mayın 23-də keçmiş baş prokuror İrakli Şotadze istefa verdiyini elan edərək qərarını səhhətinin pisləşməsi ilə əsaslandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Baş-prokuror  


Bizi "telegram"da izləyin