KİV: Şimali Koreya raketi Sarı dənizin üzərində parçalara ayrılıb - YENİLƏNİB

2023/12/1702877222.jpg
Oxunub: 303     19:05     27 May 2024    
Cənubi Koreya ordusu qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılan raket Sarı dəniz üzərində çoxsaylı parçalara ayrılıb.

Ordu.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Yaponiyanın NHK telekanalı bundan əvvəl Çin və KXDR sərhədi yaxınlığında səmada partlayışa bənzər parlaq parıltının görüntülərini nümayiş etdirmişdi.

***

Şimali Koreyanın ballistik raket buraxması səbəbindən Okinava prefekturasının sakinləri möhkəm binalarda və ya yerin altında sığınmağa çağırılır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, müvafiq xəbərdarlıq Yaponiyanın “J-Alert” fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə yayılıb.

Yaponiya Sahil Mühafizəsi daha əvvəl qeyd edib ki, Koreya Xalq Demokratik Respublikasından peykin mayın 27-dən iyunun 4-dək buraxılması planları barədə bildiriş alıb.

Raket pillələrinin düşəcəyi gözlənilən ərazilər Yaponiyanın müstəsna iqtisadi zonasından kənardadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin