İsrail-Misir sərhədində atışma olub, 2 hərbçi ölüb - YENİLƏNİB

2024/05/66548-1716814453.jpg
Oxunub: 420     17:48     27 May 2024    
Rəfah keçid məntəqəsi yaxınlığında Misir və İsrail hərbçiləri arasında atışmada 2 Misir hərbçisi ölüb.

Ordu.az xəbər verir ki, bu barədə ərəb dilli mətbuat məlumat yayıb. İsrail mətbuatı isə bir Misir hərbçisinin ölümü barədə məlumat yayıb.

İsrail Müdafiə Nazirliyi, Qəzza-Misir sərhədində baş verən atışma hadisəsindən sonra rəsmilərin Misirlə əlaqə saxladığın bildirib.

“Bir neçə saat əvvəl Misir sərhədində atışma olub, insident araşdırılır, Misir tərəfi ilə dialoq aparılır”, - IDF bildirib.

***

“Rəfah” keçid məntəqəsində İsrail hərbçiləri ilə atışma zamanı bir Misir əsgəri ölüb.

Ordu.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

***

İsrail Müdafiə Qüvvələri (IDF) və Misir hərbçiləri arasında atışma olub.

Ordu.az xəbər verir ki, bu barədə "Al-Hadath" xəbər agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Rəfəh keçidi yaxınlığında İsrail ordusunun əsgərləri ilə Misir hərbçiləri arasında atışma olub, ölən və yaralananlar barədə məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Misir  


Bizi "telegram"da izləyin