KİV: Aİ Ukrayna ilə bağlı sammitdə Rusiyanın da iştirakını təklif edib

2024/05/1716273219.jpg
Oxunub: 161     16:38     27 May 2024    
Avropa İttifaqı Ukrayna məsələsi üzrə sammitdən sonra Rusiyanın da iştirakı ilə daha bir görüşün keçirilməsini istəyir.

Ordu.az-ın xəbərinə görə, bu barədə “Bloomberg“ məlumat yayıb.

Xəbərə əsasən, haqqında bəhs olunan müzakirələrin Səudiyyə Ərəbistanında təşkili təklif olunur.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski İsveçdəki zirvə görüşündə Rusiya ilə sülhə dair təklif edəcəyi formula beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağı hədəfləyir.

Görüşdə iştiraka dəvət edilməyən Rusiya isə Xarici İşlər Nazirliyi səviyyəsində həmin toplantını boşluğa aparan yol adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin