Rusiya hökuməti: Ermənistanla ticarət əlaqələrində problem yoxdur

2024/04/c1926-1714485176.jpg
Oxunub: 113     15:48     27 May 2024    
Rusiya ilə Ermənistan arasında ticarətdə heç bir problem və ya fasilə yoxdur.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərin sualını cavablandıran Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Heç bir fasilə yoxdur. Yuxarı Lars normal fəaliyyət göstərir. Ticarətdə və iqtisadiyyatda hər şey normaldır”, - deyə o, Ermənistan rəhbərliyinin bir sıra bəyanatları fonunda Moskva ilə İrəvan arasında ticarət əlaqələri ilə bağlı sualı cavablandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin