Gürcüstanda həlledici mərhələ yaxınlaşır: Azərbaycan daha çox səy göstərməli olacaq

2024/05/1716808403.jpg
Oxunub: 742     11:10     28 May 2024    
ABŞ “Xarici agentlər” qanununun tətbiq olunacağı təqdirdə Gürcüstana qarşı viza siyasətinə yenidən baxacağını açıqlayıb. Vaşinqton ümumiyyətlə Gürcüstanla bağlı siyasətini yenidən nəzərdən keçirməklə hədələyir, lakin Tbilisi israrlıdır.

Üstəlik, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hətta bildirib ki, telefon danışığı zamanı Avropa komissarlarından biri onu Slovakiyanın Baş naziri Robert Fitsonun nümunəsi ilə hədələyib. Üstəlik, Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi belə bir misal çəkdiyini etiraf edib, lakin Kobaxidzenin onun nitqini kontekstdən kəsdiyini deyib. O deyib ki, küçədə vəziyyətin gərginləşə və nəzarətdən çıxa biləcəyini nəzərdə tutur.

Amma Tbilisinin bu xəbərdarlıqlardan danışması onun heç bir şəkildə xəbərdarlıq və təhdidlərə boyun əymək niyyətində olmadığını sübut edir. Gürcüstandakı vəziyyət əslində həm Qafqaz, həm də daha geniş geosiyasi kontekst üçün əsas əhəmiyyət kəsb edəcək bir nöqtəyə çatıb. Məsələ burasındadır ki, Gürcüstan məsələsi təkcə Qafqazın deyil, həm də Aİ-yə, belə demək mümkündürsə, “Yaşıl dəhliz”in yayılması zonası olacaq Qara dəniz hövzəsinin məsələsidir.

Söhbət Aİ-nin çəkməyi planlaşdırdığı və bərpa olunan enerjinin Avropaya ötürüləcəyi kabeldən gedir. Layihə təxminən 5 milyard dollara başa gələcək. Layihənin həyata keçirilməsi üçün Gürcüstanla Aİ-nin münasibətləri həlledici olacaq. Şübhə yoxdur ki, Gürcüstanda hakim qüvvə öz mövqelərini qoruyub saxlayarsa, Aİ-nin öz “simasını qoruyub saxlamaq” üçün müəyyən addımlara getməkdən, Gürcüstanla münasibətləri məhdudlaşdırmaqdan başqa yolu qalmayacaq.

Bu halda “Yaşıl dəhliz” proqramının reallığa çevrilməsi üçün Azərbaycan daha çox səy göstərməli olacaq. Azərbaycan “Yaşıl dəhliz”in əsas tədarükçülərindən biri biri olacağını gözləyir və Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı bu məsələləri xüsusi şəkildə müzakirə edib, həmçinin bu məsələ Bakıda keçiriləcək COP29-un “mismarları”ndan birinə çevrilməlidir.

Hər bir halda bu gün Gürcüstan ətrafında həqiqətən həlledici mübarizə gedir ki, bu da Qafqazın geosiyasi və hərbi-siyasi gələcəyini əvvəlcədən müəyyən edəcək və Qara dəniz hövzəsi uğrunda mübarizənin gedişatına əhəmiyyətli dərəcədə təsir edəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan   Qafqaz  


Bizi "telegram"da izləyin