“Nüvə apokalipsisi” yaxınlaşır? ABŞ və Rusiya mümkün razılaşmaların qiymətini “azaldır”, yoxsa “qaldırır”?

2024/05/1716807872.jpg
Oxunub: 431     21:28     27 May 2024    
Qərb mətbuatı Rusiya Federasiyasının Krasnodar vilayətində “Voronej DM” erkən xəbərdarlıq radiolokasiya stansiyasının raket hücumu nəticəsində zədələndiyini yazır. Bəzi mənbələr hətta peyk fotolarını da yayımlayıb.

Ukraynanın siyasi rəhbərliyi və Silahlı Qüvvələrin komandanlığı hələlik heç bir şərh verməyib. Buna baxmayaraq, KİV-lərdə Rusiyanın “Rusatom” konserninin keçmiş baş direktoru, Baş nazirin keçmiş müavini Dmitri Roqozinin qeydi dərc olunub. Faktiki olaraq Rusiyanın hərbi sənaye kompleksinin koordinatoru olan və ötən il ağır yaralanma dərəcəsində Ukrayna müharibəsində iştirak edən keçmiş yüksək rütbəli rəsmi əslində təsdiqləyib ki, Karsnodarda Ukrayna tərəfi “Rusiyanın erkən xəbərdarlıq sisteminə raket hücumu ilə zərbə vurub”.

Roqozin ABŞ-ni “cinayətin sifarişçisi” adlandırıb. “Vaşinqton baş verənlərə görə bütün məsuliyyəti öz üzərinə götürməli olacaq. Beləliklə, biz eşikdə deyil, kənardayıq (vəziyyətin kənarında), bundan sonra düşmən bu cür hərəkətlərdə dayandırılmasa, nüvə dövlətlərinin strateji təhlükəsizliyinin dağılması başlayacaq”, - deyə Roqozin “Telegram” kanalında yazıb. Əslində bu, xəbərdarlıqdır ki, Rusiya “güzgü cavabı” hüququna sahibdir, bundan sonra ABŞ-nin strateji təhlükəsizliyi “dağılacaq”.

Minskdə Rusiya və Belarus prezidentlərinin danışıqlarından bir gün sonra Rusiyanın Krasnodar vilayətindəki radiolokasiya stansiyası “zədələnib”. Belarusun paytaxtına gələn Vladimir Putin birbaşa hava limanında deyib ki, “qeyri-strateji nüvə silahlarının iştirakı ilə hərbi təlimlər məsələsi” də müzakirə olunacaq. Ukrayna müharibəsinin indiki mərhələsində Qərb bu cür təlimləri “Şərqi Avropaya hücum siqnalı” kimi qəbul edib.

Danışıqlardan sonra Rusiya prezidenti Ukrayna ilə “atəşkəs danışıqları”na hazır olduğunu bildirib, lakin əlavə edib ki, Zelenski “artıq legitim deyil”. Rusiya radiolokasiya stansiyasına “vurulmuş zərbə”dən belə güman etmək olar ki, Kiyev Roqozinin ABŞ-ni günahlandırdığı “atəşkəs danışıqları” təklifini qəbul etməyib. Çox güman ki, Roqozin “Telegram” kanalında Kremlin və şəxsən Putinin razılığı ilə qeyd yazıb.

Bəlkə də demək olar ki, Ukrayna müharibəsi öz kulminasiya nöqtəsinə çatır və ya artıq çatıb. Ukrayna ordusunun keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Valeri Zalujnı hələ ötən ilin payızında bu ehtimal haqqında danışıb və bildirib ki, müharibənin nəticəsi tərəflərin texnoloji səviyyəsindən asılıdır. Rusiya böyük çətinliklə də olsa, əks tarazlıq yarada bildi, lakin geniş istifadə olunan ən son silahlar hərbi üstünlük təmin etmir.

“Qeyri-strateji nüvə döyüş başlığı” “quru qələbə” silahı olaraq qalır. Roqozin əslində “nüvə apokalipsisi”ndən danışır. Bu, təhdiddirmi? Putinin “çətin anlaşılan” fikri yada düşür: “Rusiya olmayacaqsa, dünya bizim nəyimizə lazımdır?”. Bəs bu, dövlətin hərbi-siyasi doktrinasıdırmı? Bu halda Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin niyə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşü “istisna etmir”? ABŞ və Rusiya mümkün razılaşmaların qiymətini “azaldır”, yoxsa “qaldırır”?

Digər nüvə gücləri Rusiyanın Krasnodardakı “Voronej DM” erkən xəbərdarlıq stansiyasının raket hücumundan “zərər görməsi”nə necə reaksiya verəcək? İsveçrədə “sülh konfransı”nın keçirilməsi ləğv ediləcəkmi?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Nüvə-silahı  


Bizi "telegram"da izləyin