KİV: NATO Ukraynanın qərbində səmanı mühafizə altına ala bilər

2024/05/2024--1715063033.jpg
Oxunub: 145     14:13     27 May 2024    
NATO ölkələri Rusiyanın hücumlarından qorumaq üçün Ukraynanın qərb torpaqları üzərində səmanı bağlamaq imkanını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə Bild öz mənbələrinə istinadən yazıb.

"Qərbi Ukraynanın hava məkanının NATO-nun zenit sistemlərinin köməyi ilə mühafizəsi imkanları nəzərdən keçirilir. Polşa "qabaqcıl hava hücumundan müdafiə" təşəbbüsünü öz üzərinə götürüb, lakin yekun qərar hələ verilməyib", Bild yazıb.

Bild-in məlumatına görə, bəzi NATO ölkələri Kiyevə dəstəyi artırmaq və birbaşa Ukrayna ərazisində fəaliyyət göstərmək imkanlarını da nəzərdən keçirir. Estoniya, Böyük Britaniya, Polşa, Kanada, Litva və Fransa yardımın genişləndirilməsinin tərəfdarı olsa da ABŞ və Almaniyanın buna qarşı olduğu qeyd olunur. Nəşr bildirir ki, yekun qərarlar hələ qəbul edilməsə də, lakin bir sıra aspektlər üzrə danışıqlar davam edir.

Nəşrin xəbərinə görə, NATO Ukrayna ərazisində NATO-nun ukraynalı hərbiçilərinə təlim keçmək imkanını da nəzərdən keçirir, xüsusən də söhbət Qərbi Ukraynadan gedir. Qeyd edək ki, bu yaxınlarda Litvanın xarici işlər naziri Qabrielus Landsberqis də analoji bəyanatla çıxış edib.

Bild-in məlumatına görə, Böyük Britaniya, Kanada və Estoniya da daxil olmaqla bir neçə NATO ölkəsi təkcə Ukrayna sərhədlərinə deyil, həm də cəbhə xəttinə silah və sursat tədarük etməyi planlaşdırır. Bu ölkələrdə “daha inkişaf etdirilmiş logistika” konsepsiyası hazırlanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin