Qafqazda praqmatik yanaşma| Qara dəniz-Xəzər regionu Avro-Atlantik dünyanın bir hissəsi olmayacaq

2024/05/1716802442.jpg
Oxunub: 342     17:37     27 May 2024    
“Apsny.ge” Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Müstəqillik Günü münasibətilə müraciətini təqdim edib. Müraciətdə Kobaxidze vurğualyıb ki, hökumət son iki ildə “prezident tərəfindən olanlar da daxil olmaqla, ekzistensial təhdidlərə və xəyanətlərə” baxmayaraq, ölkəni sınaqlardan xilas edə bilib.

Öz növbəsində prezident Zurabişvili hökuməti tənqid edib və bəyan edib ki, payızda keçiriləcək parlament seçkiləri Gürcüstanın yolunu müəyyən etməlidir: “Qərb sivilizasiyasına, yoxsa Rusiyaya?”. Gürcüstanda “sübhlərin dinc olmadığı” “xarici agentlər” haqqında qanunla bağlı daxili siyasi gərginlikdən aylar əvvəl anlaşılan idi. Aylar əvvəl Baş nazir İrakli Qaribaşvili bildirib ki, Qərb “Rusiyaya qarşı ikinci cəbhə açmağa” məcbur edir. O, açıq şəkildə deyib ki, hakim “Gürcü Arzusu” bundan imtina edib.

Kobaxidze daha kəskin ziddiyyətlər üzə çıxararaq, Avropa İttifaqının komissarlarından birini onu Slovakiyanın Baş naziri Robert Fitsonun taleyi ilə hədələməkdə ittiham edib. Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi Tbilisiyə Avropa ölkələrindən və ABŞ-dən təbriklər gəlib. Fransa prezidenti adından yayılan mesajda xüsusilə deyilir ki, “Gürcüstan özü öz yolunu seçməlidir”. Lakin dərhal da vurğulanıb ki, Avropa yolu “hüquq, demokratiya və dialoq, etibarlı və sivil tərəfdaşlıq vədi çərçivəsində ümumi tərəqqiyə aparan yoldur”.

“Seçim sizindir, biz yalnız Avropa yolunun sərnişini olmağı məsləhət görürük”, - deyə Fransa prezidentinin Gürcüstan hakimiyyətinə və xalqına müraciətində qeyd olunur. Bu məsələdə ABŞ son dərəcə diqqətəlayiq neytrallıq nümayiş etdirib. “Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edirik. Bu qədər əziyyətlə qazanılan azadlıq və müstəqillik gününüzü təbrik edirik. Birləşmiş Ştatlar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləməkdə davam edir”, - prezident Baydenin adından ABŞ-nin Tbilisidəki səfirliyi tərəfindən yayılan mesajda bildirilib.

ABŞ Gürcüstanın daxili siyasi vəziyyəti, onun seçimi haqqında heç nə deməyib, hətta Vaşinqtonun özünü “Gürcüstan uğrunda geosiyasi rəqabət”dən kənara qoyub-qoymadığı ilə bağlı hər hansı bir eyham vurmayıb. Birləşmiş Ştatlar hesab edirmi ki, bu, Avropa İttifaqının problemidir, Brüssel “Tbilisini Avro-Atlantik orbitdə saxlaya bilməlidir”?

Mümkündür. Bununla belə, belə bir təəssürat var ki, ABŞ gürcüstandaxili qarşıdurmaya, Tbilisi-Brüssel “qarşılıqlı atışması”na dərin geosiyasi əhəmiyyət vermir. Böyük oyunçuların tərifinə görə, Şərqi Avropadan Yaxın Şərqə və Mərkəzi Asiyaya qədər uzanan Qara dəniz-Xəzər regionu var. Və bu, ya Avro-Atlantik, ya da Avrasiya zonası olacaq. Hər şey Rusiya-Ukrayna müharibəsi səhnəsində həll olunur.

Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib ki, Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmir: “Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək. Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.

Bu isə o deməkdir ki, Qara dəniz-Xəzər regionu Avro-Atlantik dünyanın bir hissəsi olmayacaq. Çünki Qafqazın lideri belə deyir. Bəs ABŞ Gürcüstanı “Rusiyaya təhvil verəcəkmi”?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qara-dəniz   Xəzər-regionu   Avro-Atlantik  


Bizi "telegram"da izləyin