Hərb radiostansiyalar artıq canlı yayım vasitəsidir

2024/05/16320-1716797354.jpg
Oxunub: 163     17:45     27 May 2024    
EFES-2024 Vahid, Birgə Kompüter Dəstəkli Komanda Qərargahı və Döyüş Atışlı Sahə Təlimi çərçivəsində Türkiyə milli müdafiə naziri Yaşar Gülərin izlədiyi canlı görüntülərin bir qismi desant fəaliyyəti həyata keçirən hərbi qulluqçuların sinəsindəki ASELSAN radiostansiyaları vasitəsilə göndərilib.

Ordu.az xəbər verir ki, 2024-cü il mayın 23-də dənizdə mina axtarma və məhvetmə fəaliyyəti icra edəcək birliyi missiya sahəsinə aparan “Atak” hücum qayığınakı (SAT) sualtı hücum komandası personalının dənizə tullanma görüntüləri qayıqda olan ASELSAN EHKET radiostansiyasına bağlı kamera üzərindən naviqasiya sahəsində olan yenə ASELSAN 9661 radiostansiyasına Geniş Diapazon Dalğa Şəkli Tezlik Atlama rejimindən istifadə olunaraq, canlı olaraq uğurlu bir şəkildə ötürülüb.

Yayımlanan canlı görüntülərlə yanaşı, əməliyyat Yaşar Gülərin də olduğu naviqasiya sahəsindəki ekranlardan anında izlənilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EFES-2024   ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin