Nazir müavini:"Hal-hazırda üç dəhliz üzərində iş aparırıq"

2024/05/1716796820.jpg
Oxunub: 185     11:55     27 May 2024    
Bizim qarşımızda duran əsas məsələlərdən biri ölkəmizdə istehsal edilən yaşıl enerjinin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır.

Ordu.az xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans zamanı deyib.

O bildirib ki, hazırda 3 dəhliz üzərində iş aparılır:

"Birinci istiqamət "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi, ikinci istiqamət Zəngəzur dəhlizi, üçüncü istiqamət isə Mərkəzi Asiya ölkələrindən yaşıl enerji resurslarının Avropaya ixrac edilməsidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COP29   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin