Ukrayna Rusiya hədəflərinə qarşı GBU-39/B sursatından istifadə etməyə başlayıb

2024/05/SDB-I-1716795415.jpg
Oxunub: 222     14:09     27 May 2024    
Ukrayna döyüş təyyarələri GBU-39/B bombaları ilə Rusiya hədəflərinə hücum edir.

Ordu.az xəbər verir ki, ABŞ istehsalı GBU-39/B döyüş sursatlarının Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) inventarındakı döyüş təyyarələrinə inteqrasiya olunduğu üzə çıxıb.

2024-cü il mayın 25-də sosial mediada GBU-39/B döyüş sursatı daşıyan Ukrayna döyüş təyyarələrinin görüntüləri paylaşılıb.

Ukrayna Silahlı Qüvvələrinə yaxın mənbələrin paylaşdığı məlumata görə, Ukrayna HHQ bir müddətdir Rusiya hədəflərinə qarşı hava əməliyyatları zamanı ABŞ istehsalı olan GBU-39/B döyüş sursatlarından istifadə edir.

GBU-39/B sursatlarının hava zərbələri zamanı hədəflərini 90 faiz vurmağı bacardığı və Rusiyanın radioelektron mübarizə sistemlərinə qarşı yüksək müqavimət göstərdiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   GBU-39/B  


Bizi "telegram"da izləyin