“Arven” Radio Naviqasiya Avadanlığının “Hürjet” təyyarəsinə inteqrasiyası uğurla tamamlanıb

2024/05/HURJE-1716795174.jpg
Oxunub: 148     12:31     28 May 2024    
ASELSAN tərəfindən inkişaf etdirilən “Arven” Radio Naviqasiya Avadanlığının “Hürjet” təyyarəsinə inteqrasiyası uğurla tamamlanıb.

Ordu.az xəbər verir ki, bu çərçivədə Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı General Ziya Cemal Kadıoğlunun uçduğu “Hürjet”də ASELSAN “Arven” də uğurla iştirak edib.

General Kadıoğlu 2024-cü il mayın 22-də TUSAŞ obyektlərini ziyarət edib və ilk uçuşunu Türkiyənin ilk insanlı reaktiv mühərrikli təyyarəsi “Hürjet” ilə edib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mayın 25-də paylaşdığı videoda onunla birlikdə uçan “Hürkuş”un general Kadıoğlunun uçuşunu lentə aldığı görünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arven   Hürjet   ASELSAN  


Bizi "telegram"da izləyin