“Ermənistanın həqiqətən də KTMT-dən, AİB-dən çıxıb, Aİ-yə daxil olmaq qərarına gəlib-gəlmədiyini anlamağa ehtiyac var” - Lukyanov

2024/05/1716791842.jpg
Oxunub: 234     17:21     27 May 2024    
“Səfirin geri çağırılması müəyyən bir ölkənin xarici siyasətində düzəlişlər etdiyi standart prosesdir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq, analitik Fyodor Lukyanov deyib.

Analitikin sözlərinə görə, ikitərəfli fikir ayrılıqları və münasibətləri çıxılmaz vəziyyətə salan addımlar nəzərə alınsa, Ermənistan halında bu cür düzəlişlərin və dəyişikliklərin edilməsi zərurəti çoxdan yetişib.

“Düşünürəm ki, son iki ildə Rusiya kifayət qədər təmkinli davrandı, gərginləşdirməməyə, münasibətləri gərginləşdirməməyə, hər bəyanata reaksiya verməməyə çalışdı. Amma hesab edirəm ki, bu taktika tükəndi və Rusiya Ermənistan-Rusiya münasibətlərini aydınlıq meydanına çıxararaq, reaksiya verməyə məcbur olacaq. Aydınlaşdırmaq və demək lazımdır ki, bu, daha çox ictimai bəyanatlar səviyyəsində siyasətdir. Ona görə də Ermənistanın həqiqətən də KTMT-dən, AİB-dən çıxıb, Aİ-yə daxil olmaq qərarına gəlib-gəlmədiyini müəyyənləşdirməyə və anlamağa ehtiyac var”, - deyə Lukyanov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin