“Ermənistan diplomatiyası qeyri-müəyyənlik içərisindədir, müttəfiqlərin missiyaları iflasa uğrayıb, dostlar biganədirlər” - Oskanyan

2024/05/0zf8I-1715413711.jpg
Oxunub: 224     15:35     27 May 2024    
“Ermənistan diplomatiyası özünü bir döngədə, amansız bir dövrədə tapıb, hazırkı hakimiyyət şəraitində bu vəziyyətdən çıxmaq sadəcə olaraq ağlasığmaz və mümkünsüzdür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan çıxışı zamanı deyib.

O, ilk növbədə, hər zaman strukturlar yaratmaq fikrinə malik olan Daşnaksütun təşkilatının rəhbərlərinə minnətdarlığını bildirib.

“Doğrudan da, bu strukturlar Ermənistan dövlətinə və erməni xalqına böyük faydalar gətirib. Mən özüm də bunun şahidiyəm. Yepiskop qeyd etdi ki, o, komissiyalarla (Daşnaksütun təşkilatının strukturları-red.) işləyib. Mən də xarici işlər naziri kimi on il sizin (Daşnakstunun-red.) bütün strukturlarınızla çox sıx əməkdaşlıq etmişəm. Həqiqətən də, fəaliyyətimin sonunda biz erməni xalqına, xüsusən də 2018-ci ildə aktual olan Qarabağ məsələsində kifayət qədər yaxşı miras qoyduq”, - deyə Oskanyan qeyd edib.

Oskanyan əlavə edib ki, Ermənistan diplomatiyası qeyri-müəyyənlik içərisindədir, müttəfiqlərin missiyaları iflasa uğrayıb, dostlar biganədirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Diplomatiya  


Bizi "telegram"da izləyin