Yaponiya Çindəki səfirliyi vasitəsilə KXDR-dən peyki buraxmaqdan imtina etməyi tələb edib

2024/05/1716787128.jpg
Oxunub: 549     07:22     27 May 2024    
Yaponiya Pekindəki səfirliyi vasitəsilə KXDR-dən Pxenyanın iyunun 4-dək təşkil etmək niyyətində olduğu peyk buraxılışından imtina etməyi tələb edib.

Ordu.az “TASS”a istinadən xəbər verir ki, bu bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi bildirib.

“Pekindəki diplomatik kanallar vasitəsilə biz Şimali Koreya tərəfindən buraxılışın ləğv edilməsini tələb etdik”, - Hayasi vurğulayıb.

Baş katib qeyd edib ki, Şimali Koreyanın hərəkətləri Yaponiyanın, regionun və dünya ictimaiyyətinin sülh və təhlükəsizliyini təhdid edir.

Qeyd edək ki, Şimali Koreya iyunun 3-dək orbitə peyk buraxmaq planı barədə Yaponiyaya məlumat verib.

Bu peykin hərbi-casus peyki olduğu iddia olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin   KXDR  


Bizi "telegram"da izləyin