KİV: Şimali Koreya ikinci hərbi casus peykini orbitə buraxmağı planlaşdırır

2024/05/1716786805.jpg
Oxunub: 115     06:16     27 May 2024    
Yaponiya tərəfi bildirib ki, Şimali Koreya ona iyunun 3-dək peykin orbitə buraxmaq planı barədə məlumat verib.

Ordu.az "AP"yə istinadən xəbər verir ki, söhbət KXDR-in orbitə ikinci hərbi casus peyki çıxarmaq cəhdindən gedir.

Qeyd edilir ki, buraxılış elanı Cənubi Koreya, Yaponiya və Çin liderlərinin Seulda ilk üçtərəfli görüşü üçün toplaşdıqları vaxta təsadüf edib.

Yapon Sahil Mühafizəsi Şərqi Asiyada dəniz təhlükəsizliyi məlumatlarını koordinasiya etdiyi və yaydığı üçün Şimali Koreya Yaponiyaya buraxılış haqqında məlumat verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Hərbi-casus-peyki  


Bizi "telegram"da izləyin