Vaşinqton tezliklə Ər-Riyada silah satışına qoyulan qadağanı aradan qaldıra bilər

2024/05/1716786284.jpg
Oxunub: 134     01:55     27 May 2024    
ABŞ tezliklə Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti amerikalı rəsmilərə istinadən bildirib.

Nəşrin məlumatına görə, Vaşinqton, çox güman ki, Ər-Riyada üç ildir qüvvədə olan hücum silahlarının satışına qoyulmuş qadağanı yaxın həftələrdə ləğv edəcək.

Qəzetin xatırlatdığı kimi, 2021-ci ildə ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Səudiyyə Ərəbistanının Yəməndə Amerikanın hücum silahları ilə mülki əhalini qırmasına görə Ər-Riyada silah satışını dayandırıb. 2022-ci ildə Ər-Riyad və Səna barışıq əldə etdikdən sonra Vaşinqton bu qərarı yenidən gözdən keçirməyə başlayıb.

Mənbələrdən biri FT-yə söyləyib ki, ABŞ Səudiyyə Ərəbistanına qadağanın tezliklə aradan qaldırılacağına aydınlıq gətirib. Ağ ev qəzetə şərh verməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Səudiyyə-Ərəbistan  


Bizi "telegram"da izləyin