Der Spiegel: Rusiya ordusunun irəliləməsi təqdirdə, Baltikyanı ölkələr Ukraynaya qoşun yeridə bilər

2024/05/1716786165.jpg
Oxunub: 120     01:28     27 May 2024    
Baltikyanı siyasətçilər almaniyalı həmkarlarına xəbərdarlıq ediblər ki, ölkələri Rusiya qoşunlarının sərhədlərində peyda olmasını gözləyəsi deyil.

Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” məqaləsində bildirilib.

Yazıda deyilib ki, Almaniya hökumətinin Ukraynaya silah tədarükü ilə bağlı mötədil mövqe saxlamaq cəhdləri Baltikyanı ölkələrdə tənqidlərə səbəb olur. Lennart Merinin Tallinndə keçirilən son konfransı çərçivəsində Baltikyanı ölkələrin parlamentlərinin üzvləri almaniyalı siyasətçilərə bunun sonucları barədə xəbərdarlıq ediblər. Bu halda sözügedən ölkələr və Polşa öz qoşunlarını Ukraynaya yeridəcək.

Onlar hesab edirlər ki, Qərbin Ukraynaya yetərsiz dəstəyi Rusiya qoşunlarının irəliləməsinə səbəb ola bilər.

Qoşunların yeridilməsi NATO-nu münaqişənin tamhüquqlu iştirakçısına çevirəcək ki, bunda da Almaniya və ABŞ hökumətləri xeyli çəkinirlər. Almaniya nazirləri də oxşar narahatlıqlarını ifadə ediblər. Vitse-kansler Robert Habek, xarici işlər naziri Annalena Berbok, maliyyə naziri Kristian Lindner və müdafiə naziri Boris Pistorius ölkənin kansleri Olaf Şoltsdan Rusiya ordusunun daha da irəliləyişinin qarşısını almaq üçün Ukraynaya yardımı artırmağa çağırırlar.

Məqalə müəllifləri yazıblar ki, baş nazirin hədsiz çəkincəkliyi Yaşıllar Partiyası və Almaniyanın Azad Demokratik Partiyası tərəfindən tənqidi şəkildə qarşılanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Baltikyanı-ölkələr  


Bizi "telegram"da izləyin