Erməni keşiş Baş nazir olmaq istəyir

2024/05/1716445493.jpg
Oxunub: 227     18:09     26 May 2024    
Ermənistanda müxalif “Tavuş Vətənin Uğrunda” Hərəkat Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyanın Baş nazir postuna namizədliyini irəli sürüb.

Ordu.az xəbər verir ki, bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə “Tavuş Vətənin Uğrunda” Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.

Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, Baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu II Qaregin ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.

Baqrat Qalstanyan mitinqdən sonra Baş nazir Nikol Paşinyanla görüşməyi planlaşdırdığını söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mitinq  


Bizi "telegram"da izləyin