Borrell: "Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir"

2024/04/656f1-1713429781.jpg
Oxunub: 232     14:47     26 May 2024    
“Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir”.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell rəsmi “X” hesabında bildirib.

Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bir daha bəyan edib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Borrell   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin